10 dəfə artırılır

 

 

Azərbaycanda borclunun dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakı Ədliyyə Nazirliyinin icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satılacaq.

 

Nazirlər Kabineti bununla bağlı  “Elektron xidmət növlərinin Siyahısı” və “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”na dəyişiklik edib.

 

İndiyə qədər borclunun dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakı icra qurumları tərəfindən ticarət şəbəkələrində satışa çıxarılıb. Dəyişikliklə əlaqədar müvafiq olaraq Ədliyyə Nazirliyi artıq dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın verilməsini elektron qaydada həyata keçirəcək.

 

Eyni zamanda “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”na edilən dəyişikliyə əsasən icra ilə əlaqədar icra məmurlarının fəaliyyəti yoxlanılarkən dəyəri 500 manat deyil, 5000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışının həyata keçirilməsi üçün sifarişlərin verilməsi və tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək. 

 

©APA

12 Aprel 2017 , 09:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin