Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Atasığorta" ötən ili mənfəətlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Atasığorta" ötən ili mənfəətlə başa vurub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Atasığorta" ASC 2019-cu ili 663 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 7 milyon 77 milyon manat xalis zərərlə çıxmışdı.

Ötən il "Atasığorta"nın cəmi gəlirləri 26 milyon 381 min manat (illik müqayisədə 46,6% çox), xərcləri 25 milyon 698 min manat (2,8% çox), mənfəət vergisi ödəmələri isə 19 min manat (72,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri 24 milyon 360 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 24,44% azalaraq 14 milyon 590 min manata düşüb, balans kapitalı isə 7,3% artaraq 9 milyon 77 0 min manata çatıb.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. 

© "Report"    

06.04.2020 10:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ