Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fitch-dən Beynəlxalq Bankının kapital mövqeyi haqqında müsbət rəy

Agentlik Bankın uzunmüddətli defolt reytinqini (IDR) Stabil proqnozla qiymətləndirib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Fitch-dən Beynəlxalq Bankının kapital mövqeyi haqqında müsbət rəy

Fitch Beynəlxalq Reytinq Agentliyi də COVID-19-la bağlı yaranmış iqtisadi qeyri-müəyyənlik və aşağı neft qiymətləri şəraitində Azərbaycan Beynəlxalq Bankının reytinqinə yenidən baxıb.

Agentlik Bankın uzunmüddətli defolt reytinqini (IDR) Stabil proqnozla qiymətləndirib və Bankın bu reytinqi “B-” səviyyəsində təsdiqlənib.

Bu barədə Marja-ya Beynəlxalq Bankdan bildirilib. 

Bankın məlumatında qeyd edilib ki,Fitch ekspertlərinin fikrincə, malik olduğu əhəmiyyətli kapital buferi və aşağı risk səviyyəsi Azərbaycan Beynəlxalq Bankına öz reytinqlərini qoruyub saxlamağa imkan yaradır. Ona görə də Bankın reytinqlərinin yaxın gələcəkdə aşağı düşmə ehtimalı yoxdur. Bunu nəzərə alaraq Fitch bankın reytinq proqnozunu Stabil müəyyənləşdirir. 

Agentlik ekspertlərinin rəyinə görə, Bankın kredit portfelinin ümumi aktivlərə nisbətdə həcmi (27%) və kreditlərin əsasən az riskli layihələrə ayrılması Azərbaycan Beynəlxalq Bankının aktivlərinin keyfiyyətinin aşağı düşməsi ehtimalını azaldır. Aparılan təhlillər 2016-cı ildən bəri bankın balansının da əhəmiyyətli şəkildə sağlamlaşdığını göstərir.

2020-ci ilin fevral ayının sonuna I dərəcəli kapitalının 33%, kapitalın adekvatlıq əmsalının isə 32% təşkil etməsi Azərbaycan Beynəlxalq Bankı üçün güclü kapital buferləri formalaşdıraraq kapitallaşma riskini də minimallaşdırır. Fitch analitikləri bunu nəzərə alaraq hesab edirlər ki, hətta ən pessimist ssenaridə belə Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi yenə müəyyən edilmiş normalardan yüksək olacaq. 

Fitch-in təhlillərinə görə, əməliyyat mühitinin dəyişməsindən irəli gələrək Bankın maliyyələşməsinə və likvidlik profilinə dərhal təzyiqlərin başlanması gözlənilən deyil. Bu baxımdan, hər hansı neqativ təsirlər qarşısında da bankın likvidliyi kifayət qədər güclü mövqedə qalacaqdır. 

07.04.2020 12:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ