Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azər Türk Bankdan sahibkarlara yeni güzəşt

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azər Türk Bankdan sahibkarlara yeni güzəşt
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət bankı Azər Türk Bankdan verilən məlumata  görə,  Bankın hüquqi şəxs, fərdi sahibkar olan müştəriləri cari ilin 31 may tarixinədək “ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.

“ATB Business” xidməti  bank əməliyyatlarını geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və  ölkədaxili köçürmələri, əməkhaqqı, ƏDV və başqa büdcə ödənişləri, çıxarışların əldə edilməsi və digər əməliyyatları yerinə yetirməyə imkanlar verir.

“ATB Business” internet-bankçılıq xidməti bir sıra üstünlüklərə malikdir. Belə ki, ənənəvi olaraq filial və şöbələrdə icra edilən əməliyyatlardan fərqli olaraq, bu platforma üzərindən:

- verilən müştəri tapşırıqları bank əməkdaşlarının təsdiqi olmadan sürətli rejimdə avtomatik icra edilir;

- əməliyyatlara endirimli komisyon haqqı tətbiq olunur və bunun müqabilində müştərilər “cash-back” qazanır;

- daxil edilmiş köçürmə əməliyyatlarının cəm şəklində elektron imza ilə təsdiqlənməsi imkanı verilir;

- əmək haqqı ödənişlərinin günün istənilən vaxtı, 24/7 rejimində asan şəkildə yerinə yetirilir.

Azər Türk Bankda hesab açmaq və  “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

07.04.2020 15:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ