Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

3,9 milyon manata yaradılan müəssisə gündəlik 120 min tibbi maska istehsal edəcək

Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
3,9 milyon manata yaradılan müəssisə gündəlik 120 min tibbi maska istehsal edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aprelin 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi  tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Media nümayəndələrinə məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan verir.

Reklam_3_11

İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib.

Bununla yanaşı, Sumqayıt Kimya Sənaye Parkının rezidenti "MST Engineering Services" MMC sosial məsuliyyətdən çıxış edərək, Sənaye Parkının ərazisində ona məxsus istehsal sahəsinin bir hissəsini tibbi maska istehsalı müəssisəsi üçün ayırıb.

Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular isə Balaxanı Sənaye Parkının rezidenti fərdi sahibkar Etibar Eminov tərəfindən istehsal edilir.

Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb.

Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal ediləcək. Qeyd edək ki, maskalar qablaşdırmadan öncə xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.

Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaqdır. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

07.04.2020 18:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ