SOCAR İstiqrazlarında yeni rekord

3 ildən artıqdır ki tədavüldə olan SOCAR İstiqrazlarının təkrar bazardakı satış qiyməti 1050dollaraa yüksəlib və həmin qiymət üzərindən satış əməliyyatı da artıq baş tutub. Bu göstərici istiqrazların buraxıldığı tarixdən bəri ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici 1046 dollar təşkil edib.

 

“SOCAR Capital” şirkətindən Marja-ya verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılması da investorların maraqlarına cavab verən bir digər mühüm faktordur.

 

2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR İstiqrazları indiyədək sahiblərinə 16 milyon 250 min dollar gəlir qazandırıb.

 

SOCAR İstiqrazları ilə təkrar bazarda aparılan əməliyyatların həcmi hazırda 187 milyon dollar təşkil edir və 2100 ədəd əqd bağlanmışdır.

 

Ümumi emissiya məbləği 100 milyon dollar olan, illk 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkündür.

 

Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi 17 aprel 2020 tarixində baş tutacaq.

13 Mart 2020 , 11:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin