Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək

"Karantin rejimi üçün ayrılan tibb müəssisələrində mövcud süni tənəffüs çatışmazlığı aparatları və digər avadanlıqlar daim yoxlanılır".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Reklam_3_11

Onun sözlərinə görə, hər hansı problem varsa, dərhal aradan qaldırılması üçün lazımi addımlar atılır:

"Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək. Çünki təcrübə göstərir ki, belə xəstələr daha çox ölür. Ağır halların baş verməməsi üçün qoyulan karantin qaydalarına ciddi əməl etmək lazımdır".

TƏBİB sədri bildirib ki, 105 nəfər arasında 1 nəfər yaşlı qadın daha ağırdır: "Həmin qadın onkoloji xəstədir".

"Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər"

"Ötən həftə ərzində karantin qaydalarına əməl etməməyin nəticəsi olaraq bu gün yoluxma sayı artıb".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, karantin rejimini pozan şəxslərin sayı hələ də çoxdur: "Bu da riskləri artırmış olur. Simptomsuz şəxslər 30-60 şəxsi yoluxdura bilər. Əgər qaydalara yenə də əməl edilməsə, daha ciddi tədbirlər üçün hökumətə müraciət edəcəyik".

TƏBİB sədri bildirib ki, yoluxma zənciri qırılsa, normal həyata daha tez qayıtmaq olar.

08.04.2020 17:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ