Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın başladığı sosial hakaton dünyanın 35 ölkəsini əhatə etdi - 10 MİN DOLLAR ÜÇÜN MÜBARİZƏ

Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın başladığı sosial hakaton dünyanın 35 ölkəsini əhatə etdi - 10 MİN DOLLAR ÜÇÜN MÜBARİZƏ

Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün elan etdiyi virtual hakatona dünyanın 35 ölkəsindən 400 iştirakçı qoşulub.

Qeydiyyatdan keçənlər arasında Birləşmiş Krallıq, Almaniya, Hindistan, Qazaxıstan, Avstraliya, Braziliya, Misir, Nigeriya kimi ölkələr yer alır. Hakaton pandemiyaya qarşı mübarizəni tezləşdirmək, zərərlərini azaltmaq və aradan qaldırmaq məqsədilə texnoloji ideyaları qəbul edib, onların seçilənlərini həyata keçirmək üçün təşkil edilir.

Reklam_3_11

Aprelin 9-u ideyaların qəbulu başa çatacaq və aprelin 12-dək qiymətləndirmə aparılacaq. Bu günədək qeydiyyatdan keçənlər arasında Birləşmiş Krallıq, Almaniya, Hindistan, Qazaxıstan, Avstraliya, Braziliya, Misir, Nigeriya kimi ölkələrdən müraciət edənlər var. İdeyaların təkmilləşdirilməsi üçün iştirakçılara 2 gün veriləcək. İrəli sürülən həll yolları online formada yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək.

İdeyaların qiymətləndirilməsi zamanı üstünlük daha tez həyata keçirilə biləcək ideyalara veriləcək.

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən virtual hakatonu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP startap akseleratoru təşkil edir.

COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona dəstək verən partnyorlardan biri SOCAR AQŞ-dir.

Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.

Hakatonda iştirak etmək üçün www.hackcov19.com saytında qeydiyatdan keçmək və komanda, ideya və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqqında məlumatı təqdim etmək lazımdır.

Hakaton covid Sup hackov19
09.04.2020 08:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ