Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın 21 sığorta şirkətinin məcmu aktivləri 13% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 21 sığorta şirkətinin məcmu aktivləri 13% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 257 milyon 482 min manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,8% çoxdur.

2019-cu ildə sığortaçılardan 15-i aktivlərini artırıb, 6-sı isə azaldıb.

Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 17,45% artaraq 436 milyon157 min manat, məcmu qısamüddətli aktivləri isə 10,5% artaraq 821 milyon 325 min manat olub. 15 şirkət uzunmüddətli aktivlərini, 11 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 18,3% artaraq 782 milyon 79 min manat təşkil edib. Sığortaçılardan 14-də öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 18,2% artaraq 743,04 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 20,2% artaraq 39 milyon 750 min manat olub. 14 şirkət uzunmüddətli öhdəliklərini, 13 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 4,85% artaraq 474 milyon 692 min manata, məcmu nizamnamə kapitalı isə 6,65% artaraq 366 milyon 35 min manata çatıb. Bazar iştirakçılarından 16-sı balans kapitalını, 4-ü isə nizamnamə kapitalını artırıb. 

sığorta kapital nizamnamə kapitalı məcmu kapital
09.04.2020 10:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ