“Atasığorta” səhmdarına hesabat verəcək
Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.Mayın 8-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Atasığorta” ASC-nin rəhbər şəxsin səlahiyyətlərinin uzadılması və digər məsələlər daxildir.
Mayın 25-də, saat 15:00-da isə “Atasığorta”nın baş ofisində səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl