Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sabaha olan hava proqnozu açıqlandı

Sabah 18 dərəcə isti olacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı

Aprelin 10-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 6-8, gündüz  12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 10-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub  rayonlarında arabir yağış, dağlıq ərazilərdə isə  qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq  küləyi əsəcək. 

Havanın temperaturu  gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 10-11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

hava Bakı
09.04.2020 13:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ