Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

4 milyard dollara tikiləcək, 2022-də işə düşəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 milyard dollara tikiləcək, 2022-də işə düşəcək

"SOCAR-GPC" şirkəti 2022-ci ilin I rübündə Azərbaycanda yeni neft-kimya və qaz emalı kompleksini istifadəyə verməyi planlaşdırır. Bu barədə “SOCAR Polymer" şirkətinin baş maliyyə analitiki Babək Beydullayev bildirib.

 

Reklam_3_11

“Hazırda maliyyə təsisatları ilə bu layihənin maliyyələşdirilməsinə dair danışıqlar aparılır. Müxtəlif variantlar tədqiq olunub və layihə maliyyələşdirilmə əsasında reallaşdırılma barədə qərar qəbul olunub. Layihə çərçivəsində maliyyə sazişinin 2017-ci ilin sonu- 2018-ci ilin əvvəlində imzxalanacağı gözlənilir. Müəssisənin 2022-ci ilin I rübündə istifadəyə verilməsi planlaşdırılır”, - deyə B.Beydullayev bu gün Bakıda IV Beynəlxalq "Caspian Energy Forum-2017" konfransında çıxışında vurğulayıb.

 

O həmçinin xatırladıb ki, layihə ümumilikdə 4 mlrd. dollar həcmində qiymətləndirilir.

 

B.Beydullayevin sözlərinə görə, "SOCAR-GPC" kompleksdə istehsal olunacaq 50%-dək məhsulların Türkiyəyə ixracını nəzərdə tutur. “Yaxın Şərq, Çin, Avropa ölkələri məhsulların satış bazarları qismində nəzərdən keçirilir”, - deyə o əlavə edib.

 

Qaz emalı üzrə müəssisəsinin gücü illik 10 mlrd. kubmetrə yaxın təşkil edəcək. 

 

© İnterfaks-Azərbaycan

12.04.2017 10:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ