Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Banka gəlmədən əməkhaqqı kartlarının sifarişi mümkün oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banka gəlmədən əməkhaqqı kartlarının sifarişi mümkün oldu

(®️) COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən irəli gələrək Azərbaycan Beynəlxalq Bankı xidmət imkanlarını mövcud şəraitə uyğunlaşdırır. Korporativ müştərisi olan şirkətlərin əməkdaşlarının sağlamlığı qayğısına qalmaqla Bank karantin dövründə onların bank xidmətlərindən distant istifadə imkanlarını genişləndirmək məqsədilə İnternet Bank sisteminə yeni funksiyalar əlavə edib. Korporativ müştərilər indi əməkhaqqı kartlarını da banka gəlmədən İnternet Bank xidməti vasitəsilə sifariş verə bilərlər. İnternet Bank distant qaydada əmək haqqı kartlarının müddətinin uzadılması, itmiş və oğurlanmış kartların yenidən sifarişi, zərurət yarandıqda kartın bloklanması imkanı da verir.

İnternet Bank sistemi xüsusilə karantin dövründə evdən, ofisdən çıxmadan bir çox bank əməliyyatlarını da məsafədən yerinə yetirməyə şərait yaradır. Belə ki, müştərilər İnternet Bank sisteminin üstünlüklərindən faydalanaraq cari, əmanət, kredit hesablarını distant idarə edə, hesabdan çıxarışlar formalaşdıra, hesab qalıqlarını izləyə, bankdaxili və ölkədaxili köçürmələr apara bilərlər.

Konvertasiya əməliyyatlarının, SWIFT vasitəsilə xaricə köçürmələrin aparılması, ƏDV-nin ödənilməsi, depozit hesablarının, kredit əqdlərinin nəzərdən keçirilməsi, kütləvi köçürmələrin icrası, gündəlik xarici valyuta məzənnələri barədə məlumatların təqdim olunması da Azərbaycan Beynəlxalq Bankının İnternet Bank sisteminin korporativ müştərilərə yaratdığı imkanlardandır. Xidmət haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

10.04.2020 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ