Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sahibkarlar yardım almaq üçün belə müraciət edəcəklər - VİDEOTƏLİMAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlar yardım almaq üçün belə müraciət edəcəklər - VİDEOTƏLİMAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixdə Tədbirlər Planı təsdiq olunub.

Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərdən ikisinin - pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətləri üzrə işlərin həyata keçirilməsinə başlanılıb.

Maliyyə dəstəyi vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında həyata keçirilir. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması məqsədilə müvafiq videotəlimatlar hazırlayıb. Bu təlimatlar müraciətlərin tərtib olunma qaydalarını izah edir.

Həyata keçirilən maliyyə dəstəyi proqramlarının 600 minədək muzdlu işçi və fərdi sahibkarı əhatə etdiyini və sözügedən videotəlimatların geniş ictimai maraq doğurduğunu nəzərə alaraq, onları diqqətinizə təqdim edirik:

1. Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat

2. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat

vergi təlimat
10.04.2020 12:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ