Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Əhaliyə əvəzsiz material və avadanlıq verən bankların sayı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhaliyə əvəzsiz material və avadanlıq verən bankların sayı artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən də kömək göstərilir. 

Mərkəzi Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, ilkin mərhələdə bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 8 bank -  “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC və “Yelo Bank” ASC qoşulub.

“Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdır.

Bu, eyni zamanda, hazırda koronavirus (COVİD-19) pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.

 Son günlərdə banklar proqrama cəlb olunmuş vətəndaşlarla müvafiq qrant müqavilələrinin imzalanmasına və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim edilməsinə başlayıblar.

Yaxın dövrdə bu prosesə digər bankların da aktiv qoşulması planlaşdırılır ki, nəticədə özünüməşğulluq proqramında iştirak edən bankların sayı artacaqdır”,- məlumatda deyilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

bank
10.04.2020 16:29

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ