“Kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hökumət tərəfindən müzakirə olunur”

“Aparılan islahatların nəticəsində Dövlət Sosial Müdafiə Fondunun özündə də ciddi sağlamlaşma təmin olundu. İlk dəfə olaraq dövlət öhdəlikləri hesabına maliyyələşən pensiyalar üçün ayrılmış vəsaitin 320 milyon manatı dövlət büdcəsinə geri qaytarıldı - 150 milyon manatı büdcə paketinin dürüstləşməsi çərçivəsində ilin ortasında, 170 milyon manatı isə ilin sonunda”. 

 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman deyib.

 

“Əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə olaraq 200 milyon manat qənaət əldə edildi ki, bu da cari ildəki pensiya islahatlarına yönəldilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarında qaldı. Yəni, ümumilikdə, 520 milyon manat fərq meydana çıxdı ki, bu da pensiya sisteminin sağlamlaşması nöqteyi-nəzərindən çox önəmlidir”, - deyə nazir vurğulayıb. 

 

S. Babayevin sözlərinə görə, bir vacib indikator da odur ki, dövlət öhdəliklərinin maliyyələşməsi üçün dövlət büdcəsindən Pensiya Fonduna ayrılan vəsait onun gəlirlərində əgər 2017-ci ilin sonunda 38 faiz təşkil edirdisə, artıq 2020-ci ildə bu, 29 faizə düşüb: “Beləliklə, Pensiya Fondunun müstəqilləşməsi ilə büdcə asılılığının azaldılması istiqamətində ciddi irəliləyiş əldə edilib”.

 

16 Mart 2020 , 17:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin