Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərsun Holdinq”dən “çəki” açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərsun Holdinq”dən “çəki” açıqlaması

Bir sıra saytların yazdığına görə, “Azərsun Holdinq” qiymətlər ilə bərabər çəkini də azaldıb, yəni faktiki olaraq qiymətlər enməyib. Əvvəllər tomat pastası bankaları 720 qr  idi, sonra 680 qr, indi isə 620 qr. edilib.  

 

Reklam_3_11

Məsələ ilə bağlı “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan “Marja”ya bildirdi ki, çəki ilə qiymət mütənasib azaldılıb:

 

“Biz belə bir şey etməmişik. Düzdür, daha az çəkili qablaşdırmada məhsulların istehsalına başlamışıq. Çəkini nə qədər azaltmışıqsa, qiymət də o qədər azaldılıb.  Tomat məhsulunun banklarının dəyişdirilməsi bankaları istehsal edən müəssisənin qəlblərini dəyişməsidir. Biz tara istehsalçısı ilə uyğunlaşmağa məcburuq”.

 

Mətbuatın yazdığına görə, “Azərsun” bütün məhsullarının qiymətlərini endirib. Savaş Uzan deyir ki, bu da səhvdir:

 

“Biz şəkər tozu və duru yağ məhsullarımızın qiymətlərini aşağı saldığımızı bəyan etmişik. Tomat məhsullarının qiymətlərinə endirim etdiyimiz barədə məlumat yaymamışıq”.

 

Xəbər verdiyimiz, Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan “Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb.

 

“Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşümüşdür”,- Holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov “Marja”ya bildirmişdi.

12.04.2017 12:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ