Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Hasilatın azaldılması neftin qiymətinin enməsinin qarşısını ala bilməyəcək, 20 dollara düşəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Hasilatın azaldılması neftin qiymətinin enməsinin qarşısını ala bilməyəcək, 20 dollara düşəcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın qlobal investisiya bankı "Goldman Sachs", OPEC + qrupunun neft istehsalının azaldılması razılaşmasının "tarixi ancaq qeyri-kafi" olduğunu açıqlayıb.

Marja xəbər verir ki, Goldman Sachs Inc. hazırladığı hesabatında, OPEC-in razılaşmaya tam və digər iştirakçıların 50% əməl edəcəyini gözlədiyini, bunun yalnız gündəlik 4.3 milyon barellik bir azalmaya gətirib çıxaracağını qeyd edib. 

Bank bu səbəbdən razılaşmanı "tarixi ancaq qeyri-kafi" olaraq xarakterizə edib. 

Goldman analitikləri, "Bu günki razılaşma, neft çənlərinin dolmasının qarşısını alması üçün hələ də çox azdır. Qərar çox gec qəbul edilib. Bu səbəbdən aşağı neft qiymətləri, bütün istehsalçıların bazarın təkrar sabitləşməsi üçün iştirak etməsini zəruri edir",- bildiriblər.

Hesabatda, "Nəhayət, bu vəziyyət, hasilatın könüllü azaldılması aprel-may dövründə koronavirusa görə meydana gələn gündəlik 19 milyon barel tələb itkisini aradan qaldırmağa çatmayacağını işarə edir" deyilir. 

Bank, xam neft qiymətlərinin anbarlarda çənlərin dolması ilə əlaqədar olaraq qarşıdakı həftələrdə daha da düşəcəyini təkrarlayıb.

Goldman neft qiymətlərinin qısa müddətdə 20 dollara düşməsi riski olduğunu qeyd edib.

Goldman Sachs neft
13.04.2020 11:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ