Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kreml: OPEC+ razılaşması bazarda xaosun qarşısını aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreml: OPEC+ razılaşması bazarda xaosun qarşısını aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya hökuməti OPEC+ formatı çərçivəsində hasilatı azaltmaqla bağlı əldə edilən razılaşmanın neft bazarında sabitliyə yol açdığı qənaətindədir və bunu müsbət dəyərləndirir".

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, həmin razılaşma iştirakçı ölkələrin neft bazarındakı sabitlik naminə qarşılıqlı anlaşma və güzəştə getmə bacardıqlarına dəlalət edir.

Xatırladaq ki, bazar günü OPEC+ formatının iştirakçı ölkələri hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən cari ilin may – iyun ayları üçün 23% (9,7 milyon barel), ilin sonunadək 18% (7,7 milyon barel), 2022-ci ilin 30 aprel tarixinədək 14% (6 milyon barel) azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmağı 11 milyon barel səviyyəsindən hesablayacaqlar. Həmçinin hasilatı cəmi 100 min barel/gün azaldacaq Meksikaya düşən kvotanın qalan hissəsini ABŞ qarşılayacaq.

©️ Report

OPEC+ Rusiya neft
13.04.2020 16:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ