Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Poçt şöbələrinin iş rejimi bərpa edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Poçt şöbələrinin iş rejimi bərpa edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) adi iş rejiminə uyğun olaraq bərpa edilib.

"Azərpoçt”dan verilən məlumata görə, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi və operativliyin təmin olunmasıdır.

Bakıda və regionlarda yerləşən poçt şöbələri ilə yanaşı "Şəbəkə" xidmət mərkəzləri də bazar günü daxil olmaqla hər gün saat 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pul köçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir. Eyni zamanda koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün bir sıra sosial layihələrin icrası həyata keçirilir.

Azərpoçt
13.04.2020 17:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ