Ən yuxarı statik reklam_3

" Likvidlik yastığı Azərbaycan banklarına xarici şoklara qarşı mübarizədə kömək edəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
" Likvidlik yastığı Azərbaycan banklarına xarici şoklara qarşı mübarizədə kömək edəcək"

Bank sektoru aktivlərinin təxminən 50%-i likvid alətlərdə, o cümlədən pul vəsaitləri və onların ekvivalentləri, bank vəsaitləri və xarici zərbələrdən etibarlı qorunma təmin edən suveren və kvazi-suveren borc qiymətli kağızlarına qoyulan investisiyalardadır.

Bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair hesabatında deyilir.

Reklam_3_11

“Likvidlik yastığı güclü olaraq qalacaq və bu, banklara xarici şoklara qarşı mübarizədə kömək edəcək”, - hesabatın müəllifi, “Moody's” agentliyinin vitse-prezident və böyük analitiki Pyotr Paklin deyib.

Bundan başqa, analitiklərin fikrincə, dövlət tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi ehtimalı yüksək olaraq qalır: “2019-cu ilin sonunda ÜDM-nin 90%-ni təşkil edən Azərbaycan Dövlət Neft Fondunda toplanan ümumi ehtiyatlarla hökumətin iqtisadiyyata və ümumi kredit portfeli ÜDM-in 19%-ni təşkil edən bankçılıq sisteminə dəstək vermək üçün yaxşı imkanları var”.

Bununla yanaşı, xarici valyutadakı kreditlərin xüsusi çəkisi (2019-cu ilin sonunda 35%) böyük olaraq qalır və bu, ixracat mənfəəti olmadan borcalanları valyuta risklərinə məruz qoyur.

“Koronavirus epidemiyası ölkədə iqtisadi fəallığın pozulmasına gətirib çıxaracaq və neftin ucuzlaşması ilə birlikdə vətəndaşların, kiçik və orta sahibkarlığın, eləcə də iri şirkətlərin kredit borclarını ödəmək imkanlarını zəiflədəcək. Bütün bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin payının artmasına səbəb olacaq”, - hesabatda deyilir.

Hesabat müəllifi hesab edir ki, xalis faiz marjası (NIM) depozitlərin xarici valyutaya çevrilməsi üçün “kənara axması” nəticəsində maliyyələşdirmə xərcləri artdıqca azalacaq.

Report

Azərbaycan banklar
13.04.2020 18:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ