Azərbaycanın Neft və Qaz İnstitutu Rusiya institutu ilə müqavilə imzalayıb

AMEA Neft və Qaz İnstitutu Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır

 

AMEA Neft və Qaz İnstitutu ilə Skolkovo Elm və Texnologiya İnstitutu (Skoltech) arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, imzalanan saziş çərçivəsində tərəflər neft sektorunda həm Azərbaycanda, həm də Rusiyada perspektivli layihələrin hazırlanmasına və yeni imkanların müəyyənləşdirilməsinə yönəldiləcək uzunmüddətli tərəfdaşlığa ümid edirlər.

 

Bununla əlaqədar olaraq aşağıdakı sahələrin inkişafı planlaşdırılır:

 

- Qafqaz regionunun və Xəzər dənizi akvatoriyasının çöküntü kompleksinin neft geologiyasının, stratiqrafiyasının və geokimyasının fundamental və tətbiqi problemlərinin həlli;

 

- ekspedisiya işlərinin, laboratoriya tədqiqatlarının, elmi-praktiki konfransların, seminarların, görüşlərin, mühazirələrin tərəflər üçün ən əlverişli rejimdə təşkili;

 

- qeyri-ənənəvi və çıxarılması çətin olan karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi məqsədi ilə quyulardan və yer səthinə çıxışlardan götürülmüş çökmə süxurların litoloji və üzvi-maddənin geokimyəvi tədqiqatlarının aparılması.

17 Mart 2020 , 16:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin