Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çinin ixracı Mart ayında gözləniləndən az geriləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin ixracı Mart ayında gözləniləndən az geriləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin Mart ayında idxalı və ixracı gözləniləndən daha az düşüb.

Marja xəbər verir ki, Çin Gömrük İdarəsi tərəfindən açıqlanan məlumatlara görə, Mart ayında dollar ilə ifadədə Çinin idxalı keçən ilin eyni dövrü ilə müqayisədə 0.9% geriləyib. 30 iqtisadçının orta proqnozu 9.8% geriləmə olacağı istiqamətində idi. Beləcə idxalda azalma proqnozdan az reallaşıb. 

Ölkənin dollarda ifadə olunan ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 6.6% azalıb. Proqnoz 13.9% azalma olacağı istiqamətində idi. 

Çinin Mart ayında ticarət profisiti 20 milyard dollarlıq proqnoza yaxın səviyyədə - 19.9 milyard dollar səviyyəsində reallaşıb.  

Çinin yuanda ifadə olunan idxalı Mart ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2.4% artıb. Proqnoz 7% azalma olacağı istiqamətində idi. Yuanda ifadə olunan ixrac isə 12.8% azalması gözlənilərkən 3.5% düşüb.

Mart ayında ölkənin xarici ticarət profisiti 158.5 milyard yuanlıq proqnoza qarşı 139.4 milyard yuan səviyyəsində reallaşıb. 

Çinin yanvar-mart ayı ticarət artıqlığı isə 98.3 milyard yuan olub. 

Çin idxal ixrac yuan dollar
14.04.2020 09:10

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ