Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Məhkəmə şirkətin 1 milyonluq cəriməsini 500 manata endirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhkəmə şirkətin 1 milyonluq cəriməsini 500 manata endirdi

Sumqayıt Apellyasiya Məhkəməsində “Perspektiv-A” MMC-nin 933 160 manat cərimə edilməsi ilə bağlı qərardan şikayətə baxılıb.

Şikayət hakim Ruhiyyə Səfərovanın sədrliyi ilə araşdırılıb.

Reklam_3_11

Məlum olub ki, Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi “Perspektiv-A” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokolu baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərib.

Sumqayıt Şəhər Məhkəməsi şirkəti xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 3 110 535 manat təşkil edən malların dəyərinin 30 faizi məbləğində, yəni 933 160 manat məbləğində cərimə olunmasına qərar verib.

“Perspketiv-A” MMC qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş edib.

“Perspektiv-A” MMC-nin nümayəndəsi Abdıyev İlkin İsmayıl oğlu izahatında bildirib ki, Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən iştirakları təmin edilməyib və malların anbarda əlverişsiz şərait olduğuna görə başqa bir anbara köçürüldüyü nəzərə alınmayıb.

İşin hallarını araşdıran məhkəmə “Perspektiv-A” MMC-nin əməlini İXM-nin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) maddəsinə tövsif edərək, 500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

 

Report

məhkəmə perspektivA cərimə şirkət
14.04.2020 11:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ