Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Valyuta hərracında dollara tələb cüzi artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Valyuta hərracında dollara tələb cüzi artıb

14 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 56,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bir əvvəlki hərracda tələb 55 milyon dollar təşkil etmişdi.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 09 aprel 2020-ci il tarixində  keçirilmiş valyuta hərracında tələb 55 milyon dollar, 07 aprel 2020-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 67,2 milyon dollar, 02 aprel 2020-ci il tarixində keçirilmiş hərracda 74,6 milyon dollar, 31 mart 2020-ci il tarixində 95,6  milyon dollar, 29 mart 2020-ci il tarixində keçirilmiş növbədənkənar valyuta hərracında isə 106,5 milyon dollar təşkil etmiş və tələb tam təmin edilmişdi.

valyuta hərracı neft fondu dollar Mərkəzi Bank
14.04.2020 12:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ