Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

OPEC-in neft hasilatı Martda azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
OPEC-in neft hasilatı Martda azalıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft hasilatı, Mart ayında əvvəlki ayla müqayisədə 153 min barel azalaraq 31 milyon 930 min barrelə enib.


 
 OPEC-in "Neft Bazarı Hesabatına" görə, Martda qlobal neft hasilatı Fevral ayı ilə müqayisədə gündəlik 226 min barrel azalaraq 95 milyon 820 min barrelə enib. Martda qlobal neft hasilatı 2016-ci ilin Mart ayı ilə müqayisədə isə gündəlik 220 min barel artım göstərib.


 
OPEC-in xam neft istehsalı, Martda əvvəlki ayla müqayisədə gündəlik 153 min barrel azalaraq 31 milyon 930 min barel olub. OPEC-in hasilatını azaltması ilə Martda qlobal neft istehsalındakı payı 33,3 faiz olub.


 
Martda OPEC-in hasilatında xam neft hasilatını ən çox Liviya azaldıb, ən böyük artım Səudiyyə Ərəbistanda baş verib.


 
Liviyada gündəlik hasilat Martda əvvəlki aya nisbətən təxminən 61 min barel düşüb. OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanda isə Martda əvvəlki aya nisbətən neft hasilatı 41 min barrel artaraq 9 milyon 994 min barelə yüksəlib. Kartelin ikinci böyük istehsalçısı İraq isə Martda gündəlik hasilatını gündəlik 8 min barrel azaldıb. Kartel daxilində istehsalını gündəlik ən çox azaldan Liviyadan sonrakı yerlərdə 32 min barrel gündəlik azalma ilə Birləşmiş Ərəb Əmirlikləri və təxminən 30 min barellə Nigeriya tutur.


 
QLOBAL NEFT TƏLƏBİ ARTACAQ


Hesabata görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 270 min barel artımla gündəlik  96 milyon 320 min barelə çatacaq.


 
Bu il OPEC-in xam neft tələbatı ötən illə müqayisədə sutkada 600 min barrel artaraq 32 milyon 200 min barrelə çıxacaq. 

 

OPEC xaricindəki ölkələrin builki neft tələbi isə ötən illə müqayisədə sutkada 580 min barrel artaraq 57 milyon 890 min barrelə çatacaq.
 
 

12.04.2017 14:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ