Sığorta şirkəti 4 milyon manatdan çox zərər açıqladı

“AXA Mbask” Sığorta Şirkəti ASC 2019-cu ili 4 milyon 26 milyon manat zərərlə başa vurub. Halbuki maliyyə qurumu 2018-ci ildən 95 min manat xalis mənfəətlə çıxmışdı.

 

Ötən il “AXA Mbask”ın gəlirləri 11 milyon 347 min manat (illik müqayisədə 51,8% az), xərcləri 15 milyon 373 min manat (34,4% az) təşkil edib.

 

Bu il yanvarın 1-nə “AXA Mbask”ın aktivləri 18 milyon 232 milyon manat olub ki, bu da illik müqayisədə 49,2% azdır.

 

Hesabat dövründə sığorta şirkətinin öhdəlikləri 89,6% azalaraq 1 milyon 348 min manata, balans kapitalı isə 26,3% azalaraq 16 milyon 884 min manata düşüb.

 

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 23 milyon 934 min manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

 

© “Report” 

18 Mart 2020 , 10:15   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin