Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hesab.az-dan Optimal Electronics-ə ödəniş mümkün oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az-dan Optimal Electronics-ə ödəniş mümkün oldu

(®️) Azərbaycanda ən böyük onlayn ödəmə portalı olan Hesab.az artıq 9 ildir ki, istifadəçilərin xidmətindədir.

Müasir dövrün texnoloji yeniliklərini öz xidmətlərinə tətbiq etməklə istifadəçilərinə daha keyfiyyətli xidmət göstərməyi hədəfləyən, eləcə də karantin rejimində insanların evdən rahat şəkildə ödənişlərini etmələrini təmin edən Hesab.az, çoxdandır gözlənilən Optimal Electronics-i ödənişlər sırasına əlavə edib.

Mağaza kreditləri bölməsində yer alan Optimal Electronics üzrə kreditlərini istifadəçilər evdə qaldıqda belə, heç bir yerə getmədən, bir neçə dəqiqə ərzində Hesab.az veb səhifəsində və mobil tətbiqində tam təhlükəsiz və vaxt itirmədən ödəyə biləcəklər. Ödənişin həyata keçməsi üçün istifadəçilər Hesab.az veb səhifəsi və ya mobil tətbiqində “Mağaza kreditləri” bölməsinə keçid alaraq, Optimal Electronics ödənişini seçməlidirlər. Daha sonra müvafiq olaraq “Müqavilə nömrəsi” və “FİN kodu” qeyd etməklə ödəniş edə bilərlər.  Bununla yanaşı hazırda istifadəçilər mağaza kreditləri bölməsində Baku Electonics və İrshad telecom üzrə kreditləri də onlayn həyata keçirə bilirlər.

Yeni kampaniya və funksional yenilikləri ilə Hesab.az istifadəçi sayını və mövcud bazarda tutduğu mövqeyini daha da genişləndirmək məqsədilə daim yeniliklər etməyə davam edir. Yeniliklərdən ilk xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında (Facebook, Instagram)  izləməyi unutmayın.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

14.04.2020 17:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ