Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda qaz hasilatı 10% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qaz hasilatı 10% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2020-ci ilin birinci rübündə öz imkanları ilə istismar etdiyi yataqlarda 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil edib.

Bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.

Reklam_3_11

Məlumata görə, I rübdə ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 10 milyard kubmetr, neft hasilatı 9,3 milyon ton təşkil edib.

Bildirilib ki, SOCAR-ın özünün istismar etdiyi yataqlarda hasilatın artmasına baxmayaraq, ümumilikdə ölkə üzrə neft hasilatının idarəolunan templə təbii azalması davam edib.

Azərbaycanda qaz istehlakı 7% artıb

Hesabatda qeyd edilib ki, bu ilin I rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 4,1 milyard kubmetr təşkil edib.

Bildirilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur: “Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub".

 

Report

SOCAR qaz neft
14.04.2020 18:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ