Ən yuxarı statik reklam-3_3

"Biz ilin sonunadək valyuta bazarında sabitliyi yarada biləcəyik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Biz ilin sonunadək valyuta bazarında sabitliyi yarada biləcəyik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azalan tələb neftin qiymətinin kəkin yüksəlməsinə imkan verməsə də, biz ilin sonunadək valyuta bazarında sabitliyi yarada biləcəyik”.

Marja xəbər verir ki, bunu, Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Reklam_3_11

“Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik”.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, valyuta bazarında heç bir təşvişə ehtiyac yoxdur: “Panika və narahatlıq üçün heç bir səbəb yoxdur”.

Elman Rüstəmov məzənnə valyuta bazarı
14.04.2020 21:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ