Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İtaliyada bəzi mağazalar açılıb

Bəzi vilayətlərdə kitab mağazaları, uşaq geyimləri və dəftərxana ləvazimatları satan mağazaların fəaliyyətinin bərpasına icazə verilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliyada bəzi mağazalar açılıb

İtaliyada koronavirusla əlaqədar fəaliyyəti məhdudlaşdırılan bəzi mağazalar açılıb.

"Associated Press"in verdiyi xəbərə görə, bəzi vilayətlərdə kitab mağazaları, uşaq geyimləri və dəftərxana ləvazimatları satan mağazaların fəaliyyətinin bərpasına icazə verilib.

Reklam_3_11

Lakin bu mağazalardan da supermarketlərdə tələb olunan eyni sosial uzaqlaşma və sanitar tədbirlərin davam etdirilməsi tələb olunur.

COVID-19-un ən çox təsirinə məruz qalan Lombardiya və Piemonte bölgələrində isə hələlik mağazalar açılmayıb. Paytaxt Roma və Latsio şəhərində isə mağazaların açılması həm işçilərin, həm də alıcıların sağlamlığının qorumaq üçün sanitariya tədbirlərinin həyata keçirməsi səbəbi ilə aprelin 20-dək təxirə salıb.

Veneto şəhərində də məhdudiyyətlərin tədricən aradan qaldırılacağı bildirilib, belə ki, şəhərdə bu mağazaların həftədə iki gün açıq olmasına icazə verilib.

Bəzi sahələrdə çalışan işçilərin də artıq bu gündən işə geri dönməsinə icazə verilib. Bunlar meşə təssərrüfatında çalışan işçilərdir. Hökumət mövsümlə əlaqədar havanın istiləşməsi nəticəsində meşə yanğınlarından ehtiyatlanaraq meşələrdəki quru ağacları təmizləmək üçün meşə işçilərinin işə çıxmasına icazə verib.

 

APA

14.04.2020 22:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ