Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tramp Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tamp, yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən günahlandırdığı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) təmin etdikləri maliyyə dəstəyini dayandırdığını açıqlayıb.

Marja xəbər verir ki, Tramp, Ağ Evdə təşkil edilə mətbuat konfransında gündəmi qiymətləndirib.

Tramp, ÜST-ın epidemiyanın dünyaya yayılmasında ciddi məsuliyyəti olduğunu və bu mövzuda ən başdan təşkilatın dünyanı yanıltdığını iddia edib.

Təşkilatın sanki Çin üçün işlədiyini bildirən Tramp, "Bu gün rəhbərliyimə, Ümumdünya Səhiyyə Təşkilatına təmin etdiyimiz maliyyəni dayandırmaq təlimatı verirəm. Hər kəs orada nələr döndüyünü bilir" ifadəsini istifadə edib. 

Tramp bu qərarı qəbul edərkən rəhbərliyinin, "ÜST-ın epidemiya mövzusundakı laqeydlik və örtbaslarını qiymətləndirdiyini" də sözlərinə əlavə edib. 

ABŞ-ın ÜST-ə illik 400 - 500 milyon dollar arasında bir maliyyə təmin etdiyini bildirən Tramp, "Buna qarşı Çin yalnız 40 milyon dollar təmin edir" deyib. 

Ümumdünya Səhiyyə Təşkilatının epidemiyaya bağlı gec addım atmasının bütün dünyaya çox zaman itirdirdiyini də bildirən Tramp, epidemiya ilə əlaqədar ilk xəbərdarlıqları edən çinli həkimlərin ortadan itməsi mövzusunda da təşkilatın səssiz qaldığını dilə gətirib.

ABŞ Prezidenti Donald Tramp, daha əvvəlki açıqlamalarında da Ümumdünya Səhiyyə Təşkilatnı sərt ifadələrlə tənqid etmiş və təşkilatı Çinə tərəfdar olmaqda günahlandırmışdı.

ABŞ Səhiyyə
15.04.2020 07:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ