“Faiz dərəcələrini artırmaq potensialı mövcuddur”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Faiz dərəcələrini artırmaq potensialı mövcuddur”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur”.

Marja xəbər verir ki, bunu, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə  Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri bildirib ki, Martın 19-da İdarə Heyəti faiz qərarı qəbul edərkən dilemma qarşısında olub:

“Monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində təbii ki, biz faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik. Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq. Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur. Lakin artıq Sizin çıxışınızda qeyd etdiyiniz kimi, biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik”.

Qeyd edək ki, Mərkəzi Bank növbəti faiz qərarını Mayın 1-də qəbul edəcək.

19 Mart 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9%-də saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb.

Elman Rüstəmov uçot dərəcəsi faiz Mərkəzi Bank
15.04.2020 08:30

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ