Ən yuxarı statik reklam_3

Məhsulunu satmayan Azərbaycan şirkəti: Lytech

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhsulunu satmayan Azərbaycan şirkəti:  Lytech
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®️) Biznes həlləri sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərindən biri olan Lytech, satışı tamamilə dayandırdığını, bütün iş gücünün mövcud bazarın ehtiyaclarını araşdırmağa və məhsulların inkişafına yönəldildiyini bildirib.

Bu barədə şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsindən Leyla Əfəndi məlumat verib.

Reklam_3_11

Onun bildirdiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən, COVID-19 pandemiyası ilə bağlı elan edilən xüsusi karantin dövrünün başlanğıcından etibarən şirkətin əvvəlcə “Müştərilərə Dəstək” şöbəsi istisna olmaqla, daha sonra isə bütün personalı ilə birlikdə iş rejimi ev şəraitinə dəyişdirilib. Hazırda şirkət satış prosesini bütünlükdə dayandıraraq tamamilə məhsulların inkişafına fokuslanıb.

Leyla Əfəndinin sözlərinə görə, şirkət hazırda Azərbaycan bazarı üçün tamamilə unikal interfeys və funksiyalara sahib olan biznes həllərin yaradılması ilə məşğuldur. Şirkətin məhsulları kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulub və vahid idarəetmə sistemi ilə bütün proseslərə vahid pəncərədən nəzarət mexanizmi ilə işləyir.

Təqdim edilən məhsullar arasında ERP, CRM, WMS, HRM, mühasibatlıq və digər biznes həlləri mövcuddur. O, həmçinin bildirdi ki, hazırda yeni həllərin də yaradılması üzərində işlər aparılır.

Xüsusi karantin dövrü bitdiyi zaman sahibkarların öz işlərini əvvəlki kimi inkişaf etdirməsi üçün lazım olan bütün alətləri formalaşdırmaq şirkətin başlıca məqsədidir.

MƏHSULLARA 35%-Ə QƏDƏR ENDİRİM

Leyla Əfəndi həmçinin onu da bildirdi ki, şirkət hər zaman sahibkarların arxasındadır və hazırki durumda dövlətimizin apardığı sabibkarlara dəstək siyasətini onlar da alqışlayır. Bu səbəbdən şirkət, iyun ayının 1-nə qədər bütün məhsullarına 15-35%-ə qədər endirim təklif edir.

Şirkət və təklif etdiyi məhsullar haqqında məlumat almaq üçün [email protected] elektron ünvanına yaza və ya şirkətin (+99470) 331 33-07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

https://lytech.company/

 

Leyla Əfəndi Lytech ERP CRM WMS HRM mühasibatlıq
18.04.2020 12:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ