Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

“FED-in qərarından sonra 100 dollar 7 manat bahalaşıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“FED-in qərarından sonra 100 dollar 7 manat bahalaşıb”

Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də okenanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb.

 

Reklam_3_11

İqtisadçı Vüqar Bayramov Facebook səhifəsində yazıb ki,  nəticədə, FED-ın qərarından öncə “qara bazar”da 1 dollar 1.83 manata satılırdısa artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır.

 

"Bu isə o deməkdir ki, FED-in qərarından sonra “qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb. Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz. Əvvəllər bildirdiyim kimi, “qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir. Bu isə o deməkdir ki, FED qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək".

19.12.2016 16:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ