Azərbaycanın Gürcüstana ixracı artdı

Bu ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycandan idaxl etidi məhsulların ümumi dəyəri 135,709 milyon ABŞ dolları təşkil edib. 

 

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə ixracında 7,8% artım qeydə alınıb.

 

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi idxalında isə 10,2% paya sahib olub, qonşu ölkənin Türkiyə və Rusiyadan sonra 3-cü əsas idxal tərəfdaşına çevrilib. 

 

Qeyd edək ki, Bu ilin ilk iki ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 225 milyon 986 min ABŞ dolları təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 41 milyon 566 min ABŞ dolları və ya 22,5% artıb. 

 

Yanvar-fevralda Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 12,2%-ə barəbər olub.

 

Azərbaycan Gürcüstanın Türkiyədən sonra ikinci böyük ticarət tərəfdaşı olub.

 

© Report

19 Mart 2020 , 11:35   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin