Valyuta hərracı keçirildi - NƏTİCƏSİ

19 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.

 

Mərkəzi Bankdan Marja-ya daxil olmuş məlumata görə, hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bir əvvəlki hərracda tələb 250,3 milyon ABŞ dolları təşkil etmişdi.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

Xatırladaq ki, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda tələb 323,2 milyon ABŞ dolları, 11 Martda keçirilmiş hərracda tələb 155 milyon ABŞ dolları, 12 Marta keçirilmiş hərracda 220,8 milyon ABŞ dolları, 13 martda keçirilmiş hərracda  tələb 265,2 milyon ABŞ dolları, 17 Martda isə 250,3 milyon ABŞ dolları təşkil etmişdi. 


Beləliklə, son 6 valyuta hərracında banklar 1 milyard 464 milyon 800 min dollar alıblar. 

 

BAYRAM GÜNLƏRİNİN RƏSMİ MƏZƏNNƏSİ

 

Xəbər verdiyimiz kimi, Manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi bayram günləri üçün (20-28 mart) və 29 mart 2020-ci il tarixinə 1,7000 səviyyəsində müəyyən edilib.

 

BAYRAM GÜNLƏRİNDƏ BANKLAR BAĞLI OLACAQ

 

Məlum olduğu kimi, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili çərçivəsində ölkədə insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir.

 

Bununla bağlı bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) kommersiya bankları fəaliyyət göstərməyəcəklər. Lakin ixrac və idxalın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişlərilə bağlı əməliyyatlar üzrə elektron əsasda xidmətləri davam etdirəcəklər.

19 Mart 2020 , 12:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin