Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Çin və Çexiyada konteyner terminalına sahib olmağı nəzərdən keçirir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Çin və Çexiyada konteyner terminalına sahib olmağı nəzərdən keçirir

“Yeni marşrutlar üzrə multimodal yükdaşıma texnologiyalarının işlənməsi, logistika məhsullarının hazırlanması, test qatarların buraxılması, blok qatarların təşkili kimi mürəkkəb logistik məsələlərin birgə həlli məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkətləri -  “ADY Konteyner” və “ADY Ekspress” MMC-lər bir çox ölkələrin, o cümlədən İtaliya, Macarıstan, Çexiya və Yaponiyanın nəqliyyat-logistika şirkətləri ilə danışıqlar aparır”.

Bu barədə müsahibəsində ADY-nin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, ölkəmizin tranzit imkanlarının artırılması baxımından daha çox maraq kəsb edən Orta Dəhliz boyu mövqelərimizi gücləndirmək və bu marşrut boyu təchizat zəncirini tamamlamaq məqsədilə Çinin Qaşqar şəhərində və Çexiyada konteyner terminalına sahib olma və yaxud terminaldan birgə istifadə məsələsi qısamüddətli dönəmdə nəzərdən keçirilir.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda dəmir yolu ilə konteyner daşımaları 2018-ci ilə nisbətən 56% artıb. 2020-ci ildə isə artımın 50%-dən çox olacağı proqnozlaşdırılır.

Report

16.04.2020 09:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ