Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan və Gürcüstan ticarəti müzakirə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Gürcüstan ticarəti müzakirə edib

Aprelin 15-də Gürcüstan tərəfinin təşəbbüsü ilə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında danışıblar.

Prezident Salome Zurabişvili:

Reklam_3_11

-Cənab Prezident, mən Sizinlə belə çətin bir zamanda deyil, daha yaxşı vaxtlarda söhbət etmək istərdim. Ümidvaram ki, şəxsən Siz, ailəniz, əməkdaşlarınız - hamınız yaxşısınız. Ümid edirəm ki, biz bu çətin şəraitdə əməkdaşlığımızı mümkün olan qədər tez bir zamanda davam etdirəcəyik.

Prezident İlham Əliyev:

-Təşəkkür edirəm, xanım Prezident. Sizi görməyə çox şadam. Əlbəttə ki, bu cür ünsiyyət qurmaq çox qeyri-adidir. Lakin bu, zamanın özəlliyidir. İndi bizə bir-birimizi görməyə və bir-birimizlə söhbət etməyə imkan verən yeni texnologiyaların olması çox yaxşı bir haldır. Əməkdaşlığınıza görə Sizə təşəkkür edirəm. Mən ölkəmizə Sizin çox uğurlu rəsmi səfərinizi xatırlayıram.

Gürcüstan Prezidenti dünən Gürcüstana göstərilən həmrəyliyin ifadəsinə görə minnətdarlığını bildirib. 

Prezident İlham Əliyev hər zaman olduğu kimi koronavirus pandemiyası şəraitində də ölkələrimiz və xalqlarımızın bir-birinin yanında olaraq həmrəylik nümayiş etdirməsinin önəmini bildirib. 

Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən təbdirlər və bu istiqamətdə görüləcək işlər ətrafında fikir mübadiləsi apardılar.

Söhbət zamanı Azərbaycanla Gürcüstanın beynəlxalq tranzit dəhlizinin önəmli iştirakçıları olduğu bildirilərək, ticarət əlaqələrinin, tranzit-nəqliyyat sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Dövlət başçıları iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivlərini də müzakirə ediblər.

Gürcüstan Azərbaycan İlham Əliyev
16.04.2020 10:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ