Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın xam neft ehtiyatları ötən həftə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın xam neft ehtiyatları ötən həftə azalıb

ABŞ-da kommersiya məqsədli xam Neft ehtiyatları ötən həftə 2,2 milyon barrel azalıb.


 
 ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,2 milyon barrel (0,4 faiz) azalaraq  533,4 milyon barelə düşdüyünü açıqlayıb."Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 0,09 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə isə xam neft ehtiyatları 1,6 milyon barrel qalxmışdı.

Reklam_3_11


 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları da keçən həftə 0,6 milyon barrel (0,1 faiz) azalaraq 691,5 milyon barrelə enib.


 
 Sözügedən dövrdə ABŞ-ın xam neft hasilatı, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 36 min barel artımla 9,23 milyon barelə yüksəlib.


 
 Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 28 min barel artımla 7,88 milyon barelə çatıb.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftə 3 milyon barrel (1,2 faiz) azalaraq 236,1 milyon barrelə enib. Bazar gözləntisi 1,7 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon azalmışdı.


 
 Həftəlik kommersiya xam neft ehtiyatlarının sürpriz şəkildə azalmasının ardından qlobal bazarlarda neftin qiymətlərində qısamüddətli artım görüldü.


 
 EIA göstəricilərinin açıqlanmasından ABŞ-ın Qərbi Texas tipi xam neftinin barrel qiyməti 53,62 dollara,  Brent növü neftin barrel qiyməti də 56,39 dollara qədər yüksəlib. Daha sonra neft qiymətləri bir qədər geriləyib.

 

 OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

13.04.2017 05:51

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ