Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Yanvarda 2 milyard dollara yaxın idi, Martda 800 milyondan aşağı düşüb

Neftin ucuzlaşması ilə Azərbaycana daxil olan valyuta azalır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Yanvarda 2 milyard dollara yaxın idi, Martda 800 milyondan aşağı düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ilin Mart ayı ərzində Azərbaycanın satdığı xam neftin dəyəri 795 milyon 370 min dollar təşkil edib.

Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Yanvarda ixrac edilmiş xam neftin dəyəri 1 milyard 960 milyon dollar, Fevralda  isə 766 milyon 768 min dollar təşkil edib.

İlk 3 ayda ixrac edilmiş neftin cəmi dəyəri 3 milyard 522 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin Yanvar ayında ixrac edilmiş xam neftin dəyəri 1 milyard 18 milyon dollar, Fevral ayında 1 milyard 585 milyon dollar, Mart ayında 930 milyon 393 min dollar təşkil etmişdi.

Ötən ilin ilk 3 ayda ixrac edilmiş neftin cəmi dəyəri 3 milyard 534 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2020-ci ilin Mart ayında neft qiymətləri kəskin düşüb. Apreldə neft ixracından gəlirin daha da düşəcəyi gözlənilir. 

16.04.2020 11:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ