Sığorta şirkətlərinin kapitalının minimum məbləğinə dair tələblər müəyyənləşdi

Mərkəzi Bankın İdarə Heyəti “Sığortaçının tələb olunan kapitalının minimum məbləği”nin müəyyən edilməsi barədə” qərar verib.

 

Qərar martın 18-dən qüvvəyə minib.

 

Qərara əsasən, sığortaçıların tələb olunan kapitalının minimum məbləği aşağıdakı kimi müəyyən edilib:

 

- Qeyri-həyat sığortası fəaliyyəti üzrə - 5 milyon manat;

 

- Həyat sığortası fəaliyyəti üzrə - 10 milyon manat;

 

- Müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə - 20 milyon manat;

 

- Sığortaçının təkrarsığorta fəaliyyəti üzrə - 5 milyon manat;

 

- Aqrar sığorta orqanının adından aqrar sığorta sisteminin idarə edilməsini həyata keçirən müştərək sığortaçı üçün – 1 milyon manat.

 

19 Mart 2020 , 18:30   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin