Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Rusiyada olan vətəndaşların ölkəyə gətirilməsinə başlanılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada olan vətəndaşların ölkəyə gətirilməsinə başlanılır

"Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələnlər arasında müəyyən edilib".

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur: "Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək. "Evə gəlirəm" portalı vasitəsində qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkildə ölkəyə buraxılacaq".

H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək: "Bu günə qədər qaynar xəttə 550 Rusiyada yaşayan Azərbaycan vətəndaşı müraciət edib və onların da adı sistemə yüklənəcək. İlk növbədə onların gəlişinə üstünlük veriləcək".

Digər ökələrdəki Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu müraciətlərin sayından asılı olaraq prioritet müəyyənləşdiriləcək

H. Hacıyev deyib ki, biletləri olanlara, azyaşlılara, qocalara üstünlük verilərək vətəndaşlarımız ölkəyə gətiriləcək: “Həmin vətəndaşlar yenə də xüsusi karantin zonalarında yerləşdiriləcək, onlardan test nümunələri götürüləcək. May ayı ərzində da yükdaşımalar istisna ilə, hava əlaqədərinin bərpası nəzərdə tutulmur”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, ölkəyə qayıtmaq üçün ümumilikdə bu günə qədər 47 ölkədən 5 104 müraciət daxil olub

Hikmət Hacıyev Rusiya Samur
16.04.2020 17:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ