“Veyəsloğlu”nun prezidentini təəssüfləndirən siyahı
“Ulduz” şokolad məhsulları ixrac təşviqinə şamil olunan məhsulların siyahısına daxil edilməyib.
“Marja”nın məlumatına görə, bunu Bakıda keçirilmiş “Caspian Energy Forum”da “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov bildirib.
“Hörmətli nazir müavini Sahil Babayev artıq ixracatçılara geri ödəmə sisteminin tətbiqinə başlandığını qeyd etdi. Bu çox gözəl tədbirdir. Dünyanın bir çox ölkələrində bu tətbiq sınanıb və yaxşı nəticələr verib. Amma təəssüf ilə qeyd etmək istəyirəm ki, “Ulduz” şokolad fabrikinin məhsulları siyahıya daxil edilməmişdir. Mən hesab edirəm ki, bizim məhsullar da siyahıya daxil edilməlidir. Biz 20-dən artıq ölkəyə şokolad ixrac edirik. Dövlətin bu dəstəyi bizə də olsa, nəticələrimiz daha da artıq olar”,- iş adamı deyib.
Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir.
Belə çıxır ki, “Ulduz” şokoladları əsasən xaricdən idxal edilən xammallar əsasında istehsal olunduğuna görə siyahıya daxil edilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
4 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl