Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Prezidentin köməkçisi karantinin uzadılması müddətilə bağlı açıqlama

“Karantin rejiminin hansı müddətə uzadılması prosesdən asılı olacaq”
iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentin köməkçisi karantinin uzadılması müddətilə bağlı açıqlama

“Karantin rejiminin hansı müddətdə qədər uzadılacağını deməyə çətinlik çəkirəm”.

Bunu  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aidiyyəti tövsiyələr, epidemioloji vəziyyət barədə məlumatlar alındıqdan sonra karantin rejiminin uzadılması ilə əlaqədar qərar qəbul ediləcək:

“Amma epidemioloji vəziyyətin analizi və təhlili, o cümlədən dünyada gedən proseslər də onu göstərir ki, karantin rejiminin uzadılması ilə əlaqədar müəyyən fikirlər və tövsiyələr var. Karantin rejiminin hansı müddətə uzadılması isə prosesdən asılı olacaq. Çünki bəzi proseslər və situasiyalar situativ qiymətləndirmə tələb edir. Çünki planlar olsa da, planlı hərəkət istiqaməti qurulsa da, hər zaman hər şey dəyişə bilər. Ona görə də situativ analizlər vacibdir. Situativ analizlər, o cümlədən kompleks qiymətləndirmə də daxil olmaqla, qərarlar qəbul edilə bilər”.

APA

Hikmət Hacıyev karantin
16.04.2020 18:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ