Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Zəhmət-Ruzi” şirkəti aztəminatlı ailələri sevindirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Zəhmət-Ruzi” şirkəti aztəminatlı ailələri sevindirdi

Ölkənin ilk halal kolbasa və süd məhsulları istehsalçısı olan “Zəhmət-Ruzi” MMC şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək verərək Xırdalan şəhərində 90 aztəminatlı və ehtiyacı olan ailəyə ərzaq yardımı edib.

Artıq 21 ildir ki, fəaliyyət göstərən və hər zaman müxtəlif sosial təşəbbüslərlə çıxış edən “Zəhmət-Ruzi” MMC şirkəti mövcud şəraitdə də maddi cəhətdən imkanı zəif olan ailələrə öz dəstəyini əsirgəməyib. Belə ki, şirkətin bir qrup könüllü əməkdaşı Xırdalan şəhərinin müxtəlif ərazilərində yaşayan 90 aztəminatlı ailəyə baş çəkərək SAB brendinə aid müxtəlif ət və süd məhsullarından ibarət ərzaq bağlamalarını onlara təqdim ediblər. “Zəhmət-Ruzi” MMC şirkəti korporativ sosial məsuliyyət çərçivəsində bu kimi təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, bir müddət öncə dövlət başçısı əhalinin həssas təbəqəsinin qorunması və onlara dəstək göstərilməsinin indiki şəraitdə xüsusi əhəmiyyətini vurğulamışdır. Bir sıra yerli biznes nümayəndələri kimi, “Zəhmət-Ruzi” MMC şirkəti də bu çağırışa dəstək verərək hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyib.

“Zəhmət-Ruzi” MMC 1998-ci ildə qurulmuşdur. 2002-ci ildən “SAB” brendini təqdim etmiş şirkətin ən müasir avadanlıqlarla təchiz edilmiş zavodunda şəriət qaydalarına uyğun istehsal olunan ət və süd məhsulları ekoloji təmiz və minerallarla zəngindir. Sağlam qidalanma üçün ən düzgün seçim olan 100-dən çox çeşidə malik SAB məhsulları artıq bir çoxları üçün yüksək keyfiyyət və təbii məhsul standartına çevrilib.

Zəhmət-Ruzi SAB kolbasa süd məhsullar
17.04.2020 09:46

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ