Ən yuxarı (mobil)_30

ABŞ karantin tədbirlərini 3 mərhələli yumuşaldır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ karantin tədbirlərini 3 mərhələli yumuşaldır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, ölkəsində koronavirusa görə tətbiq edilən karantin tədbirlərinin 3 mərhələli şəkildə yumuşaldılacağını açıqlayıb.

Marja xəbər verir ki, ilk mərhələdə, mövcud tədbirlərin bir çoxu davam edəcək, idman salonları, ibadət yerləri, restoranlar, kinoteatrlar kimi bəzi məkanların ictimai məsafənin qorunması şərti ilə açılmasına icazə veriləcək. Barlar isə bu mərhələdə bağlı qalacaq. 

İkinci mərhələdə, virusa yoluxmada artım görülməyən ştatlar zəruri olmayan səyahətlərə icazə verə biləcək və yenə sosial məsafənin qorunması şərti ilə ilk mərhələdəki məkanlar ilə bərabər məktəb və barlar da açıla biləcək. 

İlk iki mərhələdə hər hansı bir problem yaşamayan ştatlar 3-cü mərhələyə keçə biləcək. Bu mərhələdə yenə sosial məsafə qorunmalı olacaq, restoran və barların müştəri qəbulu artırıla biləcək və qocalar evlərinə ziyarətçi qəbuluna icazə veriləcək.

Bütün mərhələlərdə, virusa qarşı müdafiəsiz qrupların kimsə ilə təmas etməməsi, işçilərin isə iş yerlərində sosial məsafəni qoruması lazım olduğu vurğulanır. 

Karantin tədbirlərinin yumuşaldılmasına başlanılması qərarı ştat qubernatorları tərəfindən qəbul edilə bilər.

Beynəlxalq bazarlarda səhmlər ABŞ-ın iqtisadiyyatı yenidən açmaq addımları və koronavirusla mübarizədə irəliləyiş işarələri ilə yüksəlib.

ABŞ karantin Trump
17.04.2020 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ