Ən yuxarı statik reklam-3_3

Gilead-ın dərmanı koronavirusun müalicəsində işə yaradı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gilead-ın dərmanı koronavirusun müalicəsində işə yaradı

Medikal xəbər nəşri Stat-da alan bir xəbərdə Gilead-ın dərmanının koronavirus müalicəsində işə yaradığı bildirilib.

Marja xəbər verir ki, Gilead Sciences Inc. şirkətinin səhmləri, Çikaqoda müalicə olunan bir qrup xəstənin "qızdırmasının və tənəffüslə əlaqədar semptomlarının sürətli bir şəkildə azaldığı" barədə xəbərin ardından kəskin bahalaşıb.

Reklam_3_11

Xəbərə görə, infeksiya xəstəlikləri professoru Kathleen Mullane, çox xəstənin xəstəxanadan buraxıldığını və yalnız iki adamın öldüyünü söyləyib.

Gilead-ın dərmanı, Covid-19 xəstələrinin müalicəsində ən çox izlənilən araşdırmalardan biridir. Vəziyyəti mülayim və ciddi olan xəstələrdə iki dərman sınağı aparan şirkət, araşdırmaya 4 min adamı daxil etməyi hədəfləyir. Çikaqo Universiteti təcrübələrə əksəriyyətinin vəziyyəti ciddi olan 125 xəstəni daxil edib.

Şirkətin səhmlər bazar bağlandıqdan sonra 10% bahalaşıb.

Nəticələr hələ az olsa da ümid vəd edir. Az qala bütün xəstələrin yaxşılaşması əhəmiyyət daşıyır. 

Gilead Sciences, Inc., dərmanları araşdıran, inkişaf etdirən və ticariləşdirən bir ABŞ şirkətidir. 

Stat Gilead koronavirusun müalicəsi koronavirusun dərmanı
17.04.2020 15:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ