"Kristal Abşeron" da koronavirusla mübarizəyə pul ayırdı - MƏBLƏĞ

"Kristal Abşeron" şirkətinin Müşahidə Şurası  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manatlıq dəstək olunması ilə bağlı qərar verib.

 

Maliyyənin ayrılmasında məqsəd koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.   

 

Şirkətdən verilən açıqlamaya əsasən, şirkət eyni zamanda "COVİD 19" virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən "Kristal Abşeron"a daxil olan bütün iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.   

 

Bununla yanaşı  "Kristal Abşeron"a daxil olan ticarət obyektlərində fəaliyyət göstərən icarədarlara 2020-ci ilin mart və aprel aylarının icarə haqqları üzrə endirimlər tətbiq ediləcək. 

 

"Kristal Abşeron" bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna "COVİD 19" virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.

21 Mart 2020 , 14:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin