Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tanınmış iş adamı haqqında yazılanlara cavab verdi

"Guya mənə məxsus bir təyyarəmlə karantin məhdudiyyətlərinə baxmayaraq, Londondan Fransanın cənubuna istirahət və əyləncə üçün səyahət etdiyim haqqında xəbərlər saxtadır"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tanınmış  iş adamı  haqqında yazılanlara cavab verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanlı iş adamı və sahibkar, "Union Grand Energy PTE" MMC-nin sahibi və təsisçisi Anar Əlizadə son zamanlar haqqında yazılan böhtan xarakterli məlumatlara dair bəyanat yayıb. 

Marja xəbər verir ki, bəyanatda deyilir: 

Reklam_3_11

"Əziz oxucular!

Ümid edirəm ki, belə çətin zamanda hər biriniz sağlam və təhlükəsiz şəraitdəsiniz. Bir çoxlarınız kimi mən də 14 martdan bəri vətənimə səyahət etmək imkanı olmadan ailəmlə karantin rejiminə riayət edirəm.

Dünyanın COVID-19 pandemiyası ciddi şəkildə bürüdüyü zaman və milyardlarla insanların karantin rejimi şəraitində yaşadığına, bəzilərinin isə sevdiklərini itirdiyinə baxmayaraq, belə çətin dövrlərdə böhtan xarakterli xəbərlərdən istifadə etməyə və bu cür hərəkətlərin arxasında öz gizli niyyətləri olan bəzi qüvvələr meydana çıxıb. Təbii ki, bu cür hərəkətlərin arxasında kimin dayandığını aşkar güman etmək olar.

Son bir neçə gün ərzində bəzi media mənbələri, mənə məxsus bir təyyarəmlə karantin məhdudiyyətlərinə baxmayaraq, Londondan Fransanın cənubuna istirahət və əyləncə üçün səyahət etdiyim haqqında saxta xəbərlər yaydılar. Digərləri isə guya mənə qarşı cinayət ittihamlarının sürüldüyünü və hətta həbs olunduğumu bildirir, halbuki mən 14 mart 2020-ci il tarixindən Avropada olmamışam. Məhz həmin zamandan ailəmlə birlikdə hal-hazırda olduğum ölkənin karantin rejiminin məhdudiyyətlərinə ciddi riayət edirəm və evdən çalışıram. 

Baxmayaraq ki, beynəlxalq mediada heç bir azərbaycanlının və xüsusilə də mənim adım çəkilməyib, müəyyən qüvvələr yenə mənim nüfuzuma xələl gətirmək niyyəti ilə bəzi media mənbələri vasitəsilə mənim adımdan geniş istifadə etməyə çalışırlar. 

Nəzərinizə çatdırıram ki, artıq hüquqşünaslarım həmin media mənbələri ilə əlaqə saxlayıb və mən öz nüfuzumu qorumaq üçün bütün zəruri hüquqi addımları atmaq niyyətindəyəm. Hüquqşünaslarımdan olan məktubu diqqətinizə çatdırıram. Keçmiş əsassız iddialara gəldikdə isə hesab edirəm ki, artıq bunu dəfələrlə cavablandırmışam və bu aydın şəkildə aşağıdakı resursda öz əksini tapıb: www.azerbaijananonymousexplained.com

Hər birinizə sağlam və təhlükəsiz qalmağınızı arzu edirəm!"

Anar Əlizadə Union Grand Energy PTE
17.04.2020 21:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ